İƏT-in 13-cü konfransı Tehranda başladı

İƏT-in 13-cü konfransı Tehranda başladı

-- Konfrans sabah yekun bəyannamə ilə...

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının 13-cü konfransı İranın paytaxtı Tehranda öz işinə başlayıb.
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, konfransda İran prezidenti Həsən Ruhani və parlament sədri Əli Laricani də iştirak edir.
 
Konfransda Fələstin məsələsi, siyasi münasibətlər, insan haqları, mədəni və hüquqi əlaqələr, dinlərarası dialoq və sair mövzuda müzakirələr aparılacaq.
 
Konfransda 41 İslam ölkəsindən olan parlament sədrləri, sədr müavinləri və nümayəndələri iştirak edir.
 
Konfrans sabah yekun bəyannamə ilə başa çatacaq. 

Google+ WhatsApp ok.ru