İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin altıncı konfransı keçirilir

İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin altıncı konfransı keçirilir

-- Konfransda ana və uşaqların sağlamlığı, onların düzgün qidalanması..

Dekabr ayının 5-6-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin səhiyyə nazirlərinin altıncı konfransı keçiriləcək. 
 
Maide.Az “İqna” agentliyinə istinadən xəbər verir ki,  konfransda  üzv ölkələr arasında  səhiyyə xidmətləri sahəsində əməkdaşlıq,  sağlam  həyat tərzi,  infeksion xəstəliklərin qarşısının alınması,  fövqəladə hallarda səhiyyə xidmətlərinin durumu və digər bu kimi məsələlər müzakirə olunacaq. 
 
Konfransda ana və uşaqların sağlamlığı, onların düzgün qidalanması,  dərman preparatlarının  istehsalı və hazırlanması,  tibbi texnologiyaların və vaksinasiya kimi məsəllər araşdırılacaq. 
 
Həmçinin  İƏT üzv ölkələrində  səhiyyənin durumu ilə bağlı  statistik hesabat açıqlanacaq.

 

Google+ WhatsApp ok.ru