Şagirdlər bir həftə dərsə getməyəcəklər

Şagirdlər bir həftə dərsə getməyəcəklər

-- ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.
 
Maide.Az  xəbər verir ki, Təhsil Nazirliyindən report -un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.
 
Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.
 

Google+ WhatsApp ok.ru