Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edildi -VİDEO- VƏKİLİN açıqlaması-YENİLƏNİB

Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edildi -VİDEO- VƏKİLİN açıqlaması-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün (iyul ayının 3-də) Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.
 
Maide.Az xəbər verir ki, Məhkəmə Anar Almuradlının sədrliyi keçirilib və prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. S.Babayevə CM-in 168-1.3.1   maddəsi ilə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror ilahiyyatçının 4 il azadlıqdan məhrum edilməsini təklif edib.
 
Ardınca S.Babayevin vəkilləri çıxış edərək, onun günahsız həbsdə saxlandığını bildiriblər. Müdafiəçilər ilahiyyatçı haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.
 
Daha sonra S.Babayev özü də son sözündə deyib ki, o, heç bir cinayət törətməyib:
 
«Mən, sadəcə, Allahın buyurduğu ibadəti yerinə yetirmişəm».
 
Qısa müşavirədən sonra hakim S.Babayevə 3 il həbs cəzası verilməsi haqda hökmü elan edib.
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
 
 

Google+ WhatsApp ok.ru