Şeyx Sərdar Hacıhəsənli: `Cənab hakim, siz məni Allahla üz-üzə qoymaq istəyirsiniz?`

Şeyx Sərdar Hacıhəsənli: `Cənab hakim, siz məni Allahla üz-üzə qoymaq istəyirsiniz?`

Şeyx Sərdarın “cinayəti” məlum oldu: 3 addım irəli durubmuş

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin bu gün Masallıda məhkəməsi keçirilir.
 
Maide.Az xəbər verir ki, ruhani məhkəmə zamanı əli qandallı saxlanılıb. Vəkillərin etirazından sonra isə hakim qandalın açılması barədə göstəriş verib.
 
İlkin olaraq Şeyx Sərdarın hüquqlarını müdafiə edən vəkillər müxtəlif vəsatətlərlə çıxış edib. Lakin dövlət ittihamçısının etirazı ilə qarşılanan vəsatətlər hakim tərəfindən qəbul edilməyib. 
 
Məhkəmədə Şeyx Sərdar çıxış edib və ona qarşı irəli sürülən ittihamı rədd edib. Bu zaman hakim ruhaniyə sual ünvanlayıb ki, siz özünüzü təqsirli bilmirsiniz? Yəni demək istəyirsiniz ki, namaz qılmamısınız? 
 
Şeyx Sərdar isə cavabında bildirib ki, həqiqətən namaz qılıb. “Cənab hakim siz məni Allahla üz-üzə qoymaq istəyirsiniz? Yəni deyim ki, namaz qılmamışam? Mən sizin ittihamınızı qəbul etmirəm. Namaz qılmağın cinayət olduğunu qəbul etmirəm. O ki, qaldı namaza, o Allahın əmridir ki, icra etmişəm. Əgər siz dediyiniz kimi mən namaz qıldığımı inkar etsəm o zaman bütün ibadətlərimi, bu qədər ömrümü zay etmiş olaram. Yəqin ki, məni yaxşı anladınız”.
 
Şeyx Sərdarın “cinayəti” məlum oldu: 3 addım irəli durubmuş
 
Məhkəmə zamanı maraqlı bir məqam yaşanıb. Belə ki, dövlət ittihamçısı məhkəmə zamanı Şeyx Sərdarın “cinayətini sübut edən” dəlil gətirib. O, bildirib ki, ruhaniyə cinayət işinin açılmasına əsas səbəb onun camaatdan öndə dayanıb namaz qılmasıdır. Lakin o bunu qəribə formada “əsaslandırıb”.  “Əgər sən 3 addım geridə dayanıb namaz qılsaydın sənə heç bir cinayət işi açılmazdı”. 
 
Dövlət ittihamçısının da sözündən anlaşılır ki, Şeyx Sərdarın “cinayəti” üç addım qabaqda durmasıdır. Hətta zalda əyləşən ABŞ səfirliyinin nümayəndəsi də bu sözlərə gülüb. 
 
Şeyx Sərdar isə öz növbəsində  bu sözləri absurd ittiham adlandırıb. 
 
Sonra hakim məhkəmədə fasilə elan edib.
 
Məhkəmə ilə bağlı geniş reportajı təqdim edəcəyik.    
 

 

Google+ WhatsApp ok.ru