Şeyx Sərdar Hacıhəsənlidən xəbər var – Vəkili təcridxanada ona baş çəkib

Şeyx Sərdar Hacıhəsənlidən xəbər var – Vəkili təcridxanada ona baş çəkib

Vəkil Cavad Cavadov həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, bu barədə vəkil özü məlumat verib. "Bu gün Bakı İstintaq Təcridxanasında cümə namazı qıldığına görə həbs edilmiş Sərdar Babayevlə görüşdüm. Əhvalı yaxşıdır, dostlara salamları var. Saxlanılma şəraiti ilə bağlı hələ ki, narazılığı yoxdur, yeganə narahatçılıq soruşanlardan nəyə görə həbs olunduğunu izah etməkdədir, insanlar təccüb edir və anlamır. Bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlbetmə qərarını özündə saxlayır".
 
Vəkil C.Cavadov həmçinin qeyd edib ki, Sərdar Babayevin həbsinə etiraz olaraq Masallı rayonunda dinc etiraz aksiyası keçirdiklərinə görə inzibati həbs verilmiş 4 nəfərin barəsində məhkəmənin qərarlarından apellyasiya şikayəti verildi, eyni zamanda onun həbs edildiyi gün jurnalist peşə fəaliyyətini həyata keçirən Həşimov Mirələmin qanunsuz saxlanılaraq, sonradan inzibati qaydada cərimə olunmasına dair məhkəmə qərarından apellasiya şikayəti verildi.
 
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib.
 

Google+ WhatsApp ok.ru