Şeyx Sərdar Hacıhəsənlilinin qardaşı oğlu saxlanıldı

Şeyx Sərdar Hacıhəsənlilinin qardaşı oğlu saxlanıldı

Əmisi ruhani Sərdar Hacıhəsənlinin polis tərəfindən qanunsuz saxlanılmasını eşidib və onun vəziyyəti ilə maraqlanmaq üçün məhkəmə önünə gələn Şeyx Sərdarın qardaşı oğlu Anar İsazadə saxlanılıb. 
 
Maide.Az-ın əldə etdiyi məlumata görə, bu gün məhkəmə önündə Şeyx Sərdarın qardaşı oğlu Anar İsazadə ilə birgə daha 3 nəfər saxlanılıb.
 
Onlar peşə borcunu yerinə yetirmək üçün məhkəmə önünə gələn jurnalist Mirələm Həşimov və Masallı dindarlarından Elnur Məhərrəmov və Mir Emil Qurablıdır.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru