Şeyx Sərdarın Məhkəməsi: Polis və mülki geyimlilər məhkəmə binasını mühasirəyə alıb, jurnalist saxlanılıb -VİDEO/FOTO -YENİLƏNİB

Şeyx Sərdarın Məhkəməsi: Polis və mülki geyimlilər məhkəmə binasını mühasirəyə alıb, jurnalist saxlanılıb -VİDEO/FOTO -YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, vicdan məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilir.
 
Maide.Az xəbər verir ki, məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları və mülki geyimlilər Masallı Şəhər Məhkəməsinin binası ətrafına yeridilib.
 
Hətta şəhərə giriş də polislər tərəfindən nəzarətə götürülüb. Çox sayda  inanclı ölkənin müxtəlif bölgələrindən Şeyx Sərdara dəstək üçün məhkəmə ətrafına toplaşıb. Məhkəmə açıq olsa da, insanların məhkəməyə girişi əngəllənib. Bildirilib ki, məhkəmə zalında 10 nəfərlik yer var. Şahidlərin bildirdiyinə görə, polis və mülki geyimlilər inanclılara güclü təzyiq göstərir.  
 
Şəhərə daxil olan inanclıları qarşılayan polis əməkdaşları onları məhəmə binasından uzaqlaşdırıb. 
 
Artıq 1 nəfərin də saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir. 
 
Maide.Az-ın əldə etdiyi məlumata görə, "İslamınSesi" saytının baş redaktoru Xəyal Şükür polis tərəfindən saxlanılb. Polis jurnalist Mirələm Həşimovun evdən bayıra çıxmasını əngəlləyib və onu məhkəmə binasına gedərsə, sərt cəzalanacağı ilə hədələyib.
 
 
 
 
 

.

Google+ WhatsApp ok.ru