Şeyx Sərdarın məhkəməsində yaxından iştirak etmək üçün Şirvana gedən dindarlardan 4 nəfər saxlanılıb

Şeyx Sərdarın məhkəməsində yaxından iştirak etmək üçün Şirvana gedən dindarlardan 4 nəfər saxlanılıb

 

 
Xəbər verdiyimiz kimi, bu  gün Şirvan Apellyasiya Məhkəməsində  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılacaq. 
 
Maide.Az xəbər verir ki, Şeyx Sərdarın bu gün  saat 11:00-da baş tutacaq məhkəməsində yaxından iştirak etmək üçün Azərbaycanın müxtəlif bölgələrindən Şirvan şəhərinə çox sayda dindar gəlib.  Polis və çevk qüvvələri şəhəri tam nəzarətə götürüb. Məhkəmə binasına gedən yollar bağlanıb. Polislər dindarların yolunu kəsib onların məhkəmə binasına yaxınlaşmasına icazə verməyiblər. 
 
Maide.Az-ın əldə etdiyi məlumata görə,dindarlardan 4 nəfər saxlanılıb.
 
Qeyd edək ki, bundan öncəki  Apellyasiya məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdur. Məhkəmə işə baxaraq növbəti baxış üçün vaxt təyin etmişdi. 
 

Google+ WhatsApp ok.ru