Şeyx Sərdarın növbəti məhkəməsi keçirilir

Şeyx Sərdarın növbəti məhkəməsi keçirilir

Xəbər verdiyimiz kimi, bu gün (iyul ayının 3-də) Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilir.
 
Maide.Az xəbər verir ki, məhkəmə 03 iyul tarixində saat 10:00-da Masallı Rayon Məhkəməsində başlayıb. Bu günki məhkəmədə dövlət ittihamçısı məhkəmədə çıxış edir. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
 
Masallı Rayon Məhkəməsinin qarşısında toplaşan ölkənin tanınmış ictimai-siyasi xadimləri, ruhanilər, müxtəlif bölgələrindən gələn sadə vətəndaşlar ruhaniyə dəstək ifadə edir.

Google+ WhatsApp ok.ru