Şeyx Zəkzaki azadlığa çıxacaq - YENİLƏNİB

Şeyx Zəkzaki azadlığa çıxacaq - YENİLƏNİB

18:14
 Abucada yerləşən Nigeriya Federal Ali Məhkəməsi cümə günü bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzakinin tez bir zamanda azad olunmasına dair hökm çıxardıb. 
 
Maide.Az Nigeriyanın “premiumtimesng” xəbər saytına istinadən məlumat verir ki, Şeyx Zəkzaki həbs olunduqdan bir neçə ay sonra məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdi. 
 
Şeyx Zəkzaki şikayət ərizəsində həbsi ilə bağlı hər hansı bir ittihamın irəli sürülməməsi və eləcədə  ordunun onun evinə hücum edərəkən vətəndaşlıq hüquqularının tapdaladığını göstərmiş və həbsin  davam etdirilməsinin qanunsuz olduğunu vurğulamışdı. 
 
Nigeriya Federal Ali Məhkəməsinin hakimi Gabriel Kolawolenun sədrliyi ilə keçirilən məhkəmədə G.Kolawole Nigeriya təhlükəsizlik orqanlarının  dəlillərinin yetərsiz olduğunu bilidirb.
 
Şeyx Zəkzəkinin vəkili Femi Falana məhkəmədən tələb edib ki, müvəkkilinin ittiham olunmadan həbsdə saxlanılmasının qanunsuz olması barədə qərar versin.
 
Hakim Qabriel Kolavolenin sədrliyi ilə keçirilən iclasda 45 gün ərzində Şeyx Zəkzəkinin azadlığa buraxılacağı və qanunsuz həbsdə saxlanılmasına görə, 25 milyon naira (160 min dollar) təzminat ödənilməsi barədə qərar verilib. Qərarda şeyx və ailəsi üçün Kadunada, ya da onun istədiyi yerdə evlə təmin olması tələb olunub.
 
 
 
****
 
Nigeriyanın Ali Məhkəməsi hazırda həbsdə olan ölkə şiələrinin lideri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının 45 gün ərzində sərbəst buraxılmasına qərar verib. 
 
Maide.Az İranın Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatına məxsus Twitter istifadəçisi Şeyx İbrahim Zəkzakinin tezliklə azadlığa buraxılacağını təqdiqləyib və onun 45  gün müddətində sərbəst buraxılacağını qeyd edib. 
 
Bildirilir ki, Nigeriya hökuməti Şeyx Zəkzaki və həyat yoldaşının qalması üçün yer ayıracaq. 
 
Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
 
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
 
 

Google+ WhatsApp ok.ru