Şeyx Əli Salman 14 fevral inqilabının 7-ci ildönümü münasibətilə açıqlama verib

Şeyx Əli Salman 14 fevral inqilabının 7-ci ildönümü münasibətilə açıqlama verib

-- Xalq 14 fevral inqilabının ildönümü münasibətilə etiraz aksiyaları keçirilir

Bəhreyn  “Əl-Vifaq” Cəmiyyətinin baş katibi,  nüfuzlu ruhani Şeyx Əli Salman 14 fevral inqilabının 7-ci ildönümü münasibətilə açıqlama verib. 
 
Maide.Az “manamapost”-a istinadən xəbər verir ki, həyat yoldaşı  Alya Razi vasitəsilə müraciət göndərən ruhani Bəhreyn xalqının  təzyiq, həbs və zorakılıqlara baxmayaraq müqaviməti davam etdirməsini alqışlayıb. “Bəhreyndə çoxlu problemlə mövcuddur. Bu heç kimə  sirr deyil. Ölkənin düşünən beyinləri hazırkı durumdan çıxış yolu tapmaq üşün birləşməli və insanların həbs edilməsi, öldürülməsi hallarına qarşı ciddi mübarizə aparmalıdırlar.”.
 
Xatırladaq ki, Şeyx Salman 2014-cü ildə dövlət çevrilişinə cəhd ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Son olaraq 2017-ci ildə onun barəsində casusluq ittihamı ilə cinayət işi qaldırılıb. Ailəsi bildirir ki, məqsəd ruhanini siyasətdən uzaq saxlamaqdır. 
 
Qeyd edək ki, ötən axşam Bəhreynin müxtəlif  bölgələrində etiraz aksiyaları keçirilib. Xalq  14 fevral  inqilabının ildönümü münasibətilə  etiraz aksiyaları keçirilir.  “İnqilabın anılması” şüarı ilə  ötən axşamdan başlayan etiraz aksiyası cümə axşamı gününə kimi davam edəcək.

 

Google+ WhatsApp ok.ru