Şimali və Cənubi Koreya sərhədlərinin minadan təmizlənməsi 200 il vaxt aparacaq

Şimali və Cənubi Koreya sərhədlərinin minadan təmizlənməsi 200 il vaxt aparacaq

Şimali və Cənubi Koreya dövlətlərini ayıran hərbsizləşdirilmiş zonanın minadan təmizlənməsinə 200 ilə yaxın vaxt gedəcək.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Cənubi Koreyanın quru qoşunlarının nümayəndəsinə istinadən KBS radiostansiyası məlumat yayıb.
 
Hərbçinin sözlərinə görə, hətta ərazinin minadan təmizlənməsinə Cənubi Koreyada olan bütün mühəndis bölmələri cəlb olunsa belə, texnologiyaların hazırkı vəziyyətində prosesi 200 ildən tez yekunlaşdırmaq mümkün deyil.
 
Müxtəlif qiymətləndirmələrə görə, 1953-cü ildən bəri ora 2 milyondan çox piyada və tank əleyhinə mina basdırılıb. Problem mina sahələrinin bir çox xəritələrinin itməsi ilə daha da çətinləşir. Bundan əlavə, daşqınlar və güclü yağışlar hər il minaların öz yerlərini dəyişməsinə səbəb olur. Bu səbəbdən onların əksəriyyətinin yeri məlum deyil.

Google+ WhatsApp ok.ru