Şirvan Apellyasiya Məhhkəməsinin binası Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb - Həbs edilən var - YENİLƏNİB

Şirvan Apellyasiya Məhhkəməsinin binası Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb - Həbs edilən var - YENİLƏNİB

(ilk xəbər 10:55-də dərc olunub ) 
 
Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılacaq
 
Maide.Az xəbər verir ki, məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları, Daxili Qoşunlar Şirvan Şəhər Appelyasiya məhkəsinin binası ətrafına yeridilib. Hətta şəhərə giriş də polislər tərəfindən nəzarətə götürülüb. Bu barədə “İslaminSesi”nə məhkəmədə iştirak edən inanclılar məlumat verib. Həmçinin Sərdar Hacıhsəsənlinin vəkili də məhkəmə binasına tərəf buraxılmayıb. Bu barədə vəkil Cavad Cavadov özünün feysbuk profilində məlumat paylaşıb.
 
Şəhərə daxil olan inanclıları qarşılayan polis əməkdaşları 3 dəqiqə ərzində onlardan şəhəri tərk etmələrini istəyib. Əks halda tədbir görüləcəyi bildirilib. Bütün bunlara baxmayaraq çox saylı inanclılar məhkəmə ətrafına yığışaraq məhkəmənin qərarını gözləyir.
 
Artıq 4 nəfərin də saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir. 
 
Qeyd edək ki, bundan öncəki Apellyasiya Məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdur. Məhkəmə işə baxaraq növbəti baxış üçün vaxt təyin etmişdi.
 
Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsi ölkədə və xaricdə yaşayan inanclılar tərəfindən narazılıq və etirazla qarşılanıb.

Google+ WhatsApp ok.ru