Şri-Lanka hakimiyyəti kütləvi anti-müsəlman hərəkətlərin səbəblərini öyrənir

Şri-Lanka hakimiyyəti kütləvi anti-müsəlman hərəkətlərin səbəblərini öyrənir

-- İğtişaşlarda 11 məscidə ziyan dəyib

Ölkənin mərkəzi rayonlarında müsəlmanlara qarşı baş qaldırmış protestlərin səbəblərinin müəyyənləşdirilməsi işinə başlanmışdır.
 
Maide.Az "İslam.ru"-a istinadən xəbər verir ki, bu haqda Şri-Lankanın prezidenti Maytripala Sirisena bəyanat verib.
 
Qeyd edək ki, Şri-Lankada ekstremizm tərəfdarı buddistlər müsəlmanlara hücumlar təşkil edib.  İğtişaşlarda 3 nəfər həlak olub və 20 nəfər xəsarət alıb.
 
Həmçinin 11 məscidə ziyan dəymiş, müsəlmanlara məxsus olan 200-dən çox yaşayış binası və ticarət obyektləri dağıdılıb. 
 
Xatırladaq ki, işgəncələrə məruz qalan müsəlmanların daha çox yaşadığı Kandi bölgəsində küçəyə çıxmaq qadağası qüvvəyə minmişdi.  Ölkənin polis orqanlarının verdiyi məlumata əsasən, vəziyyət nəzarət altına alınmış, komendant saatı isə şənbə günü səhər vaxtı ləğv edilib. 
 
21,5 milyon əhalisi olan Şri-Lankanın 9 faizini müsəlmanlar, 75 faizini isə buddist sinhalalar təşkil edir.
 

 

Google+ WhatsApp ok.ru