Şri-Lankada müsəlmanlara tətbiq edilən fövqəladə vəziyyət rejimi götürüldü

Şri-Lankada müsəlmanlara tətbiq edilən fövqəladə vəziyyət rejimi götürüldü

-- Hadisələrdə əsas rol oynayan 300-ə yaxın radikal buddistin həbs edildiyi bildirilir

Şri-Lankada 6 martdan etibarən müsəlmanları təzyiqdə saxlayan fövqəladə vəziyyət rejimi aradan qaldırılıb.
 
Maide.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, dövlət başçısı Maitripala Sirisena Kandi bölgəsində müsəlmanların ev və iş yerlərinin yandırılmasından sonra bu qərarı vermişdi.
 
O, vəziyyətin yenidən dəyərləndirildiyini və bu səbəbdən qərarın ləğv edildiyini elan edib.
 
Bundan başqa, hadisələrdə əsas rol oynayan 300-ə yaxın radikal buddistin həbs edildiyi də açıqlanıb.
 
Qeyd edək ki, Şri-Lankada ekstremizm tərəfdarı buddistlər müsəlmanlara hücumlar təşkil edib. İğtişaşlarda 3 nəfər həlak olub və 20 nəfər xəsarət alıb.
 
Həmçinin 11 məscidə ziyan dəyib, müsəlmanlara məxsus olan 200-dən çox yaşayış binası və ticarət obyektləri dağıdılıb.
 
21,5 milyon əhalisi olan Şri-Lankanın 9 faizini müsəlmanlar, 75 faizini isə buddist sinhalalar təşkil edir.
 

Google+ WhatsApp ok.ru