Şəhid hərbçi dəfn olunub 15 Dekabr 2017 02:00 Qarabağ xəbərləri -- şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib. Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb. F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var. Teqlər : #Şəhid hərbçi dəfn olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəhidimiz bu gün doğma kəndində dəfn olunacaq - YENİLƏNİB -FOTO Düşmən həftə ərzində 744 dəfə atəşkəsi pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni