Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi

Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi

Qanda şəkərin səviyyəsini corab vasitəsiylə müəyyən etmək mümkün olacaq. Trend xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib.
 
Tədqiqatçıların fikrincə, sensorların iş prinsipinin vacib şərti istifadəçinin ayaqlarının hərəkət zamanı tərləməsi ilə bağlıdır. Bu zaman ayaqdan ifraz olunan tər sensorların işi üçün enerji mənbəyi rolunu oynayır.
 
Sözügedən sensorlar diabetdən əziyyət çəkən xəstənin tərindəki qlükozanın miqdarı və süd turşusu ionlarını müəyyənləşdirərək toplanmış məlumatları simsiz ötürücü qurğu vasitəsilə istifadəçinin smartfonuna yönəldəcək.
 

Google+ WhatsApp ok.ru