Şəmkirdə çoban yanaraq ölüb

Şəmkirdə çoban yanaraq ölüb

Şəmkirdə yanğın olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kv/m sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.
 

Google+ WhatsApp ok.ru