Şəri-dini suallara cavablar - 2

Şəri-dini suallara cavablar - 2

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
Fətvanı eşitməyin hökmü
 
SUAL 2: Kütləvi informasiya vasitələri (telefon, internet, televizor, radio və s.) ilə mərcəi-təqlidin fətvasını eşitmək höccətdirmi, yəni müqəllid eşitdiyi həmin fətvaya əməl edə bilərmi?
 
CAVAB: Bütün mərcəi-təqlidlər: Əgər həmin informasiya vasitələrinin dediyinə yəqinlik əldə olunarsa, höccətdir və müqəllid həmin fətvaya əməl edə bilər.
 
(“Tozihul-məsail”, məsələ 5; “Əcvibətul-istiftaat – Şəri suallara cavablar”, Ayətullah Xamenei, sual 27; “Tozihul-məsail”, Ayətullah Sistani, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Məkarim, məsələ 7; “Ürvətül-vüsqa”, 1-ci cild, məsələ 36; “Vəsilətun-nicat”, 1-ci cild, məsələ 27.)
 
 
Qeyd edək ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 

 

Google+ WhatsApp ok.ru