Şəri-dini suallara cavablar - SUAL 11

Şəri-dini suallara cavablar - SUAL 11

“ÜDUL” ETMƏYİN (TƏQLİDİ DƏYİŞMƏYİN) HÖKMÜ

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏQLİDİN HÖKMLƏRİ
 

“ÜDUL” ETMƏYİN (TƏQLİDİ DƏYİŞMƏYİN) HÖKMÜ

SUAL 11: Elm və təqvada bərabər olan diri müctəhidə “üdul” etməyə (istər büövlükdə, istərsə də bəzi məsələlərdə bir müctəhiddən başqa bir müctəhidə müraciət etmək və təqlidi dəyişməyə) icazə verilirmi?

CAVAB:

İmam Xomeyni və Ayətullah Fazil Lənkərani: Bərabər olan müctəhidə müraciət etmək (təqlidi dəyişmək) caizdir. (“Təhrirul-vəsilə”, İmam Xomeyni, 1-ci cild, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Fazil Lənkərani, məsələ 11.)

Ayətullah Bəhcət və Ayətullah Sistani:  İstər bütövlükdə, istərsə də bir-birinə əlaqəsi olmayan məsələlərdə elm və təqvada bərabər olan müctəhidə təqlidi dəyişmək caizdir. (Misal üçün, müsafirin orucu ilə bağlı məsələlərdə birinci müctəhiddə təqliddə qalıb, namazın hökmlərində isə ikinci müctəhidə “üdul” edə (təqlidi dəyişə) bilməz.) (“Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 4; “Təliqat ələl-urvə”, Ayətullah Sistani, məsələ 11 və 13.)

Ayətullah Təbrizi: Öyrəndiyi məsələlərdə başqa bir müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, sual 11.)

Ayətullah Safi: Vacib ehtiyata əsasən, öyrəndiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Camiul-əhkam”, 1-ci cild, sual 18.)

Ayətullah Xamenei: Vacib ehtiyata əsasən, bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 31.)

Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri: Təqlid (əməl) etdiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, sual 14 və 1-ci cild, səh.26; “İstiftaat”, Ayətullah Nuri, 2-ci cild, sual 12.)

Ayətullah Vəhid Xorasani: Ehtiyata uyğun olan fətvaya əməl etməlidir. Ehtiyata əməl etmək mümkün olmadığı və yaxud çətin olduğu təqdirdə, başqa bir müctəhidin fətvasına əməl edə bilər. (“Minhacus-salihin”, 2-ci cild, məsələ 8 və “Tozihul-məsail”, məsələ 4.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

 

Google+ WhatsApp ok.ru