Şəri-dini suallara cavablar - SUAL 15

Şəri-dini suallara cavablar - SUAL 15

Hansı hallarda dəstəmaz almaq vacibdir?

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 15: Hansı hallarda dəstəmaz almaq vacibdir?

CAVAB: Bu hallarda dəstəmaz almaq vacibdir:

1. Meyit namazından başqa, vacib namazlar üçün;

2. Kəbə evinin vacib təvafı üçün;

3. Yaddan çıxmış səcdə və təşəhhüd üçün;

4. Qurani-Kərimin yazısına və Allah adına bədəni toxundurmaq üçün (habelə murdarlanmış Quranı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda);

5. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzir və ya əhd etmiş, ya da bu barədə and içmiş şəxs üçün.

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 

Google+ WhatsApp ok.ru