Şərqi Qutanın cənub-şərqin terrorçulardan azad edildi

Şərqi Qutanın cənub-şərqin terrorçulardan azad edildi

-- Onlara aid bir çox xəndək, tunel şəbəkəsi, maşın, səngər və

Dəməşqin Şərqi Quta bölgəsinin cənub-şərqində daha iki rayonun terrorçuların işğalından təmizlənməsindən sonra, bu bölgədə nəzarətin tamamilə təmin olunduğu qeyd olunub.
 
Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, suriyalı hərbi mənbələrdən biri, ordu hissələrinin son iki gün ərzində Şərqi Qutada olan təkfirçi terrorçuların Dəməşq və ətrafındakı dinc yaşayış əraziləri ilə yanaşı, hərbi vəzifələrə etdiyi hücumlara cavab verdiklərini bildirib.
 
Mənbə ordu hissələrinin Şərqi Qutada hər gün saat 09:00-dan saat 14:00-a qədər elan edilən humanitar fasilə müddətindən başqa müddətlərdə həyata keçirdiyi əməliyyatlarda strateji əhəmiyyətə malik bir sıra qəsəbə, kənd və əkiləcək tarlanı təkfirçi terrorçulardan azad etdiyini deyib: "Otama, Havş Əl-Salihiyə, Havş Harabo, Nəşşabiyyə, Hazrəma, Beyt Nayim kəndi və Ub əkiləcək tarlaları ilə yanaşı, Havadan Müdafiə Batalyonu və Nəqliyyat Alayının radikal terrorçuların işğalından tamamilə azad edilib".
 
Suriya qoşunlarının Şərqi Qutada bir çox müstəvidən mühüm irəliləyişlərə nail olduğunu bildirən mənbə, belə deyib: "Duma və Haresta ətrafındakı bir çox qəsəbə, kənd və əkin sahələri təkfirçi terrorçulardan tamamilə təmizləndi".
 
O, həmçinin terrorçular üçün müdafiədə ciddi əhəmiyyət kəsb edən bu ərazilərin azad edilməsi vaxtı xeyli sayda terrorçunun təchizadlları ilə birlikdə məhv edildiyini deyib: "Onlara aid bir çox xəndək, tunel şəbəkəsi, maşın, səngər və qərargah içindəkilərlə birlikdə məhv edildi".
 

Google+ WhatsApp ok.ru