Şərqi Qüds Fələstinin paytaxtı elan edilib-BƏYANNAMƏ

Şərqi Qüds Fələstinin paytaxtı elan edilib-BƏYANNAMƏ

-- ABŞ qanunsuz qərarından geri çəkilməzsə,...

ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" kimi tanıma qərarına reaksiya göstərən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin liderləri bu gün İstanbulda bir araya gəldi.
 
İslam Əməkdaşlıq Təşkilatı  (İƏT) ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyini Qüdsə köçürülməsi qərarının əleyhinə Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.
 
Maide.Az  "Haberler"ə  istinadən verdiyi məlumata görə, buna dair Bəyannamə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısı zamanı qəbul edilib.
 
Sammitdə 49 ölkədən 16 lider səviyyəsində iştirak edirdi. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr  Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.  
 
Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin işğal edilmiş paytaxtı elan edir və dünya ölkələrini bunu  tanımağa çağırır. “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".
 
Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
 

 

Google+ WhatsApp ok.ru