Şərqi Qüdsdə küçədə dərs keçən fələstinli uşaqlar

Şərqi Qüdsdə küçədə dərs keçən fələstinli uşaqlar

Fələstinli uşaqların bağlanılan məktəbləri üçün başlatdıqları "Küçə dərsi" etiraz aksiyaları davam edir.
 
Deyerler.org RT-yə istinadən xəbər verir ki, İsrail rejiminin Şərqi Qüdsdəki Sur Bahir qəsəbəsində yerləşən fələstinlilərə aid Əl-Nuxba ibtidai məktəbini bağlamasından sonra başlayan etiraz davam edir.
 
Əl-Nuxba ibtidai məktəbinin HƏMAS tərəfindən təsis olunduğunu iddia edən İsrail rejiminin Təhsil Nazirliyi, məktəbin təlim-tədris planının təşkilatın ideologiyası əsasında hazırlandığını bildirib.
 
Məktəb səviyyəsindən 6-cı sinifə qədər 250 uşağın təhsil aldığı məktəbin başlanılmasına etiraz edən şagird və müəllimlər küçədə tədrisi davam etdirirlər.
 
 

Google+ WhatsApp ok.ru