Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həyatını itirib

Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həyatını itirib

-- Neft tankerinin 32 İranlı heyət üzvi olub

 Yanvarın 6-da Cənub-Şərqi Çin dənizində yük gəmisi ilə toqquşan İranın  SANCHI neft tankerinin bütün heyət üzvləri həyatını itirib.
 
Maide.Az xəbər verir ki, bu barədə İRNA agentliyinə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.
 
Onun sözlərinə görə, heyət üzvləri tankerin Hong Kongun CF CRISTAL gəmisi ilə toqquşmasından sonra ilk saatlarda həyatını itirib.
 
“CF CRISTAL-ın heyət üzvləri və Çin xilasedicilərinin təqdim etdiyi məlumatlara əsasən, təəssüf ki,İran tankerinin bütün üzvləri toksik qazların təsiri və güclü partlayış nəticəsində hadisədən sonra keçən ilk saatlarda ölüblər”,-deyə İran rəsmisi bildirib.
 
O əlavə edib ki, baş vermiş yanğını söndürərək İran dənizçilərini xilas etmək cəhdləri davam edən partlayışlara görə müvəffəqiyətsiz olub.
 
Qeyd edək ki, neft tankerində 32 İranlı heyət üzvi olub.(trend)
 

Google+ WhatsApp ok.ru