Əbülfəs Qarayev İranın islami irşad və mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev İranın islami irşad və mədəniyyət naziri ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda səfərdədir.
 
İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ərəfəsində baş tutan səfər çərçivəsində Ə. Qarayev bu gün Tehranda İranın islami irşad və mədəniyyət naziri Rza Salehi Əmiri ilə görüşüb.
 
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirib.
 
Rza Salehi Əmiri  deyib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün geniş potensial var: “Bu gün müştərək sərgilərin təşkili, əlyazmaların mübadiləsi, iki ölkənin milli kitabxanaları, elm adamları arasında əməkdaşlıq, film sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə etdik. Sabahkı görüşlərdə bu razılaşmaları bir daha dəyərləndirəcəyik. İki dövlət arasında əlaqələrin genişlənməsində mətbuatın da böyük rolu var. Mətbuat iki ölkənin potensialını bir-birinə tanıda, turizmin və əlaqələrin inkişafına təkan verə bilər".
 
Əbülfəs Qarayev isə iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. Nazir jurnalistləri Azərbaycan mədəniyyət günlərinin açılış mərasiminə dəvət edib.
 
Ə. Qarayev çövkən oyunları, lavaş və Azərbaycanın digər mədəni irsləri ilə bağlı verilən sualların cavabında bildirib ki, Azərbaycan UNESCO-ya yeni təkliflər verəcək: “Çövkən Qarabağ atları ilə oynanan oyundur. Bu oyun artıq UNESCO-da qeydə alınıb. Ermənistan Qarabağı işğal etdiyindən çövkən oyunu və Qarabağ atları məhv olmaq üzrədir. Bu səbəbdən onu mədəni irs kimi qeydə aldırdıq. Bu oyun unudulmaqda olan oyunlar siyahısındadır. UNESCO-da “Sadiq can” adı ilə tanınan tarı, İran və digər ölkələrlə birlikdə Novruz bayramını qeydə aldırmışıq.  Kamançanın da mədəni irs kimi qeydə alınmasını gözləyirik”.
 
Qeyd edək ki, İranda Azərbaycanın Mədəniyyət günlərinin rəsmi açılış mərasimi iyulun 4-də Tehranın Vəhdət sarayında olacaq. (apa) /
 
ebulfes qarayev iranin islami irsad ve medeniyyet naziri ile gorusub
 
ebulfes qarayev iranin islami irsad ve medeniyyet naziri ile gorusub
 
ebulfes qarayev iranin islami irsad ve medeniyyet naziri ile gorusub

Google+ WhatsApp ok.ru