Əbədi işləyən saat yaradıldı

Əbədi işləyən saat yaradıldı

Avstraliyanın “Cryoclock” firmasının mütəxəssisləri hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər. Qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.
 
Maide.Az “İKTnyus”a istinadən xəbər verilir ki, “Sapphire Clock” adlı unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfradək – -267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.
 
Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.
 
“Sapphire Clock” saatı “JORN” (Jindalee Operational Radar Network) sisteminin təkmilləşdirilməsi üçün lazımdır. Bu, ölkənin müdafiə sistemində mühüm rol oynayan erkən xəbərdarlıq sistemidir. Saat radiolokasiya texnikasının həssaslığını artıracaq.
 

Google+ WhatsApp ok.ru