Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum oldu

Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum oldu

-- `Asiyanın qəlbi - İstanbul prosesi` iclası Bakıda keçiriləcək

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-nə planlaşdırılır.
 
Maide.Az bildirir ki, bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
 
Əfqanıstan prezidentinin "Asiyanın qəlbi - İstanbul prosesi" çərçivəsində 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək VII
 
Nazirlər Şurasında iştirak etmək üçün Azərbaycana gələcəyi planlaşdırılır.
 
Qeyd edək ki, hazırda Azərbaycan bu prosesə sədrlik edir. Qarşıdakı görüşün mövzusu "Asiyanın qəlbi" prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələrdir.

 

Google+ WhatsApp ok.ru