Əfqanıstan prezidentinin keçmiş müşavirinə sui-qəsd edilib - YENİLƏNİB

Əfqanıstan prezidentinin keçmiş müşavirinə sui-qəsd edilib - YENİLƏNİB

-- ölənlərin sayı 10 nəfərə çatıb

 
 
Əfqanıstanın paytaxtı Kabildə restoranların birində partlayış baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10  nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, Qəsr-e Nur hotelində Bəlx əyalət başçısının tərəfdarlarının toplaşdığı zaman baş vermiş partlayışda çox sayda insan yaralanıb. 
 
***
 
Əfqanıstanın paytaxtı Kabildə restoranların birində partlayış baş verib.
 
"Report" "TOLO News"a istinadən xəbər verir ki, partlayış restoranın bayır hissəsində törədilib. 
 
Həmin vaxt ərazidə Əfqanıstan Prezidenti Əşrəf Qəninin keçmiş müşaviri Ziya Məsudun iştirakı ilə Əfqanıstan İslam Cəmiyyəti Partiyasının üzvlərinin görüşü keçirilirmiş.
 
Məlumatda 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bidirilir. 

Google+ WhatsApp ok.ru