Əfqanıstan: “Taliban” qruplaşma üzvləri hökumət qüvvələrinə hücum edib

Əfqanıstan: “Taliban” qruplaşma üzvləri hökumət qüvvələrinə hücum edib

-- iki hərbçi həlak olub, 16-sı yaralanıb.

“Taliban” trror qruplaşmasının üzlvəri Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum edib.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, hazırda əyalətin eyni adlı administrativ mərkəzi uğrunda ağır döyüşlər gedir. Hücum mayın 15-də səhər saatlarında başlayıb. “Taliban” qruplaşma üzvləri  şəhərin bir neçə rayonunda irəliləməyə və Milli Təhlükəsizlik İdarəsinə yaxınlaşmağa müvəffəq olub.
 
Telekanalın məlumatına görə, hökumət qüvvələrinə əlavə kömək göndərilib. Səkkiz qruplaşma üzvinin öldürüldüyü bildirilir. Hökumət qüvvələri də itki verib, iki hərbçi həlak olub, 16-sı yaralanıb.
 
2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hərəkatı ölkənin cənub rayonlarının bir çoxunda nəzarətə yiyələnib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.
 

 

Google+ WhatsApp ok.ru