Əfqanıstanda məsciddə partlayış: ölənlərin sayı 17 nəfərə çatıb

Əfqanıstanda məsciddə partlayış: ölənlərin sayı 17 nəfərə çatıb

-- 34 nəfər yaralanıb

Əfqanıstanın Host əyalətində Yəqubi məscidində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 34 nəfər isə yaralanıb.
 
Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki,  polis hadisə ilə bağlı araşdırma aparır.
 
Partlayış namazdan sonra insanların məsciddən çıxdığı zaman baş verib.  
 
Hələlik heç bir qrup hadisənin məsuliyyətini üzərinə götürməyib.  Məscid həmçinin  tezliklə keçiriləcək parlament seçkilərində səsvermə məntəqəsi kimi də fəaliyyət göstərəcəkdi. 
 
Xatırladaq ki, bu ilin oktyabr ayında Əfqanıstanda parlament və mahal şuralarına seçkilər keçiriləcək.
 

Google+ WhatsApp ok.ru