Əfqanıstanda terror:5 ölü, 14 yaralı

Əfqanıstanda terror:5 ölü, 14 yaralı

-- məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib

Əfqanıstanda terror aktı törədilib.
 
Maide.Az "Report"-a istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.
 
Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.
 
Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Google+ WhatsApp ok.ru