Əfqanıstanda törədilən partlayışda 20-dən çox sakin ölüb

Əfqanıstanda törədilən partlayışda 20-dən çox sakin ölüb

Əfqanıstanın Nəngərhar əyalətindəki Möhmənd Dərə bölgəsində etiraz aksiyası zamanı terrorçu kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, daha 23 nəfər də xəsarət alıb. 
 
Bunu “Report” “Reuters”ə istinadən bildirir.
 
Ölənlərin və yaralıların sayının daha da artması istisna olunmur.
 
Həmçinin qeyd olunur ki, yüzlərlə sakinin toplaşdığı nümayişdə törədilən bu terror aksiyasının məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru