Əfqanıstanda zülmdən qaçanların sayı artır

Əfqanıstanda zülmdən qaçanların sayı artır

-- Əfqanıstanda 2017-ci ildə 3400-dən çox insan öldürülüb

Əfqanıstanda 2017-ci ildə 3400-dən çox insan öldürülüb, 7 mindən çoxu yaralanıb.
 
Maide.Az "İslam-Today"a istinadən xəbər verir ki, son bir neçə ay ərzində müharibənin fəsadlarından əziyyət çəkən 1 milyon 170 min əfqan başqa ölkəyə köçmək üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
 
Hazırda Əfqanıstanda partlayışlar, cinayətlər, qətliamlar, adam oğurluğu və s. hökm sürür.
 
Qeyd edək ki, illərdir "Taliban" terror təşkilatının zülmündən əziyyət çəkən əfqan əhali, son 2-3 ildə də İŞİD-in işgəncələrinə məruz qalır.

 

Google+ WhatsApp ok.ru