Əfqanıstanda şiələrin təhsil mərkəzində baş vermiş partlayışda ölənlərin sayı artıb

Əfqanıstanda şiələrin təhsil mərkəzində baş vermiş partlayışda ölənlərin sayı artıb

Əfqanıstanda əsasən şiələr yaşayan məhəlləsində imtahana hazırlaşan universitet tələbələrinin sinif otağında baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Kabil şəhərinin qərbində  yerləşən “Məhdi Moud” adlı təhsil müəssisəsində int intiharçının bomba partlatması nəticəsində 115 nəfər yaralanıb. 
 
Partlayış nəticəsində ölən və yaralananların əksəriyyəti Dəşte Barça ərazisindəki özəl təhsil mərkəzində olan gənclərdir. 
 
Bildirilir ki, partlayış baş verən zaman təhsil müəssisəsində 300 -ə yaxın tələbə olub. 
 
Polis bildirir ki, intiharçı, üstündəki partladıcılarla dərs getdiyi vaxt mərkəzin binasına daxil olub.
 
Taliban bu aktın arxasında olmadığını bildirib. Bomba hücumuna görə hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Lakin şəhərin şiə şurası, bu partlayışın İŞİD tərəfindən törədildiyini bilidirir.  İŞİD  bundan əvvəl də bir sıra şiə məscid və mədrəsələrinə hücumlar edib.
 
Şuranın sözlərinə görə son iki ildə təkcə Kabulda şiə icması üzərinə 13 hücum olub.
 

Google+ WhatsApp ok.ru