Əfqanıstanın polis təlimi mərkəzinə hücumda ölənlərin sayı 50-ə çatıb - YENİLƏNİB

Əfqanıstanın polis təlimi mərkəzinə hücumda ölənlərin sayı 50-ə çatıb - YENİLƏNİB

(ilk xeber bu gün saat 11:52-də dərc olunub)
Taliban terror hərəkatı Əfqanıstanın Paktiya vilayətinin Qardez şəhərindəki polis təlimi mərkəzinə partlayıcı yüklü iki avtomobil ilə hücum edib.
Bomba yüklənmiş avtomobillərin partladılmasından sonra digər terrorçular təhlükəsizlik qüvvələrinə silahlı hücuma başlayıb. Silahlı atışma 4 saat davam edib.
Dəhşətli terror hücumu nəticəsində azı 50 nəfər həlak olub, 200-dən çoxu yaralanıb. Həlak olanların arasında qadın, tələbə və polis rəisi də var. 5 terrorçu məhv edilib. 
 
Əfqanıstan səhiyyə rəsmiləri ölkə əhalisinə yaralılara qan vermələri barədə müraciət edib.
 
Paktiya vilayəti Pakistanın tayfalar bölgəsi kimi tanınan və Taliban terror hərəkatına bağlı Haqqani təşkilatının fəal olduğu regionla sərhədi bölüşür.
 
Bu hücum ABŞ-ın Pakistanda Kurram tayfa bölgəsində 26 Haqqani yaraqlısını PUA-lar vasitəsilə öldürməsindən sonra həyata keçirilib.(islaminsesi)

Google+ WhatsApp ok.ru