Əfqanıstanın Qazni şəhərində döyüşlər davam edir: Qida və su çatışmazlığı var 14 Avqust 2018 01:00 Dünya Əfqanıstanın Qazni şəhərində 4 gün əvvəl hücuma keçən Taliban qruplaşma üzvləri ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurma davam edərkən, xalqın içməli su, qida və səhiyyə xidmətləri ilə bağlı problem yaşadığı bildirilir. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə kommunikasiya şəbəkələrinin kəsildiyi, ölü və yaralıların çox olması səbəbiylə xəstəxanalarda yer olmadığı bildirilir. Şəhərdəki mağaza və bazarların günlərdir bağlı olması səbəbiylə, yeyinti məhsullarının qiymətinin bahalaşdığı da qeyd edilib. Şəhərin çıxış yollarının bağlı olması səbəbiylə əhalinin döyüşlərin ortasında qaldığı bildirilən açıqlamada, mülki vətəndaşların həyatının təhlükədə olduğu da vurğulanıb. Müdafiə Naziri Tarık Şah Bahrami, dünən axşam saatlarında keçirdiyi media toplantısında, Qaznidə 4 gün əvvəl hücuma keçən Taliban ilə yaşanan döyüşlərdə 100 təhlükəsizlik işçisinin dünyasını dəyişdiyini bildirib. T.Ş.Bəhrami, bu rəqəmlərin dəyişə biləcəyini, davam edən döyüşlərdə ən az 20 mülki vətəndaşın və 194 Talibanlının öldürüldüyünü qeyd edib. Bu arada BMT-nin Humanitar İşlərin Koordinasiyası Agentliyi tərəfləri mülkiləri və infrastrukturu qorumağa çağırıb. BMT bildirir ki, bölgədə qida və su çatışmazlığı var. Qəznidən qaça bilmiş bəzi sakinlər şəhər küçələrinin meyitlərlə dolu olduğunu deyirlər. Teqlər : #Əfqanıstanın Qazni şəhərində döyüşlər davam edir: Qida və su çatışmazlığı var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BƏƏ və İsrail 100 milyon dollarlıq silah müqaviləsi imzaladı Pakistanda Yəməndəki qətliamlara qarşı etiraz aksiyası keçirilib – FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO