Əhalinin sayı açıqlandı - 9 916 345 nəfər

Əhalinin sayı açıqlandı - 9 916 345 nəfər

-- Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 18260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
 
Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
 
Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür
    
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.
 
Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
 
Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
 
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
 

 

Google+ WhatsApp ok.ru