Əhvalı yaxşılaşdırır, xərçəngdən qoruyun, siqareti tərgitməyə kömək edir...

Əhvalı yaxşılaşdırır, xərçəngdən qoruyun, siqareti tərgitməyə kömək edir...

-- Bananın bilmədiyiniz faydaları

Banan botanika elmində meyvə deyil, giləmeyvə sayılır. Banan sözü ərəb dilində "barmaq" deməkdir.

Bananın bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
 
Maide.Az "Saglamolun.az"-a istinadən  sizə bananın bəzi az bilinən faydalı xüsusiyyətlərini təqdim edir.
 
1. Banan inulinlə zəngindir. Bu maddə bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozun qarşısını alır. Həmçinin inulin qaraciyərin sağlamlığını quruyur, immun sistemini möhkəmləndirir, orqanizm tərəfindən kalsiumun mənimsənilməsini yaxşılaşdırır ki, bu da sümükləri daha möhkəm və sağalm edir.
 
2. Banan kaliumun miqdarına görə əsl liderdir. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib maddədir. Kalium ürəyin əzələsini möhkəmləndirir, təzyiqi tənzimləyir.  
 
Digər tərəfdən kalium bağırsaqların normal işləməsi üçün olduqca vacib olan mineraldır. Bəzən məhz kaliumun orqanimdə çatışmazlığı qəbizliyə səbəb olur.
 
3. Banan təbii antidepressantdır. Banan orqanizmdə serotoninin və triptofanın ifrazını artırır ki, bu 2 maddə insanın əhvalının yaxşılaşdırır. Mütəxəssislər depressiya və streslərə meylli olan insanlara hər gün banan yeməyi tövsiyə edirlər.     
 
4. Banan həmçinin pektinlərlə zəngindir. Pektini "insan orqanizminin sanitarı" adlandırırlar. Bu maddə  orqanizmi ziyanlı maddələrdən təmizləyir, maddələr mübadiləsinin və xolesterolun səviyyəsini tənzimləyir, şəkərli diabet, xərçəng, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
 
5. Bananın tərkibində olan bəzi maddələr qadınlarda menstruasiya qabağı sindromu və klimksla bağlı narahatçılıqları azaldır.
 
6. Son elmi araşdırmalar  göstərib ki, banan siqaretdən olan asılılığı azaldır və siqareti tərgitməyə kömək edir.   
 

Google+ WhatsApp ok.ru