Əksinə işləyən düşüncələr

Əksinə işləyən düşüncələr

-- `Ağrılar üzərində biznes qəbuledilən deyil`

"Novoye Vremya" qəzetində "Ağrılar üzərində biznes qəbuledilən deyil" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, Dövlət Gömrük Komitəsində dərman fırıldaqlarının, qanunsuz fəaliyyətlərin üzə çıxması ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub.
 
Məqalə müəllifi deyir ki, bu məsələ il bağlı Nazirlər Kabinetində xüsusi iclas keçirilib, baş nazirin müavini Əli Əhmədov ölkədə saxta dərman satışına qarşı mübarizənin davam edəcəyini bildirib: "Saxta dərman problemi və ona qarşı mübarizə bütün dünyada geniş yayılıb. Eyni zamanda Azərbaycanda da saxta dərmanların qarşısının alınması üçün ciddi addımlar atılır".
 
Müəllif deyir ki, belə bir məsələnin yüksək səviyyədə müzakirısi yaxşıdır, amma daha yaxşı olardı ki, müzakirələrdə deyilənlər sözsüz olaraq yerinə yetirilsin: "Artıq neçə il idi ki, apteklərdə aşağı keyfiyyətli preparatlardan şikayət edilirdi, amma indiyə qədər heç kim tədbir görmürdü. Keyfiyyətsiz, qeydə alınmayan dərman problemi ilə yanaşı ölkənin dərman bazarında bahalıq problemi də yaşanır".
 
Müəllif deyir ki, məmurlar yaşamaq üçün mühüm əhəmiyyəti olan dərmanların bahalaşmayacağını desələr də hər şey tam dəqiqiliklə əksinə baş verir, bütün dərman növlərinin qiymətləri dayanmadan artır, yeni apteklər isə "yağışdan sonra göbələk kimi" çoxalır.
 
Bu isə "xəstəliklər üzərində biznes" olmaqdan başqa bir şey deyil. Müəllif hesab edir ki, dərman bazarında belə durumun yaranmasının əsas səbəbi bu bazarın inhisar altında olmasındadır və nə qədər ki bu inhisarçılıq aradan qaldırılmayıb, onlarla iclas keçirilsə də bunun əhəmiyyəti olmayacaq.
 
Yazı müəllifi deyir ki, bunun gizlini yoxdur ki, onlarla aptek yüksək rütbəli məmurlara, Milli Məclisin deputatlarına aiddir.
 
Müəllifə görə, ölkədə dərman istehsal edən müəssisələrin maliyyələşdirilməsi artırılmaldır, ən başlıcası, ölkədəki dərman istehsalı rəqabətdə xarici firmalara uduzmamalıdır.
 
Müəllif deyir ki, bahalığına baxmayaraq, səmərəli təsir edən preparatlar sahəsində qıtlıq da yaşanır, bəziləri xaricdən dərman gətirməyə məcbur olur ki, bu da "cib"ə əlavə xərc deməkdir. (contact.az)
 

Google+ WhatsApp ok.ru