Əl-Husi: `Səud ordusu qadınlara təcavüz kimi hərbi cinayətlər törədir`

Əl-Husi: `Səud ordusu qadınlara təcavüz kimi hərbi cinayətlər törədir`

-- liman şəhərində 5200 ailə öz evlərindən çıxıb

Səudiyyə ordusu qadınlara təcavüz və beynəlxalq yardımları məhv etmək kimi  hərbi cinayətlər törədirlər.
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, bu barədə Ənsərullah hərakatın lideri Əbdül Malik Bədrəddin Əl Husibildirib.
 
«Biz bütün  müdaxilələrə qarşı müqavimət göstərməyə davam edəcəyik. Bizim qətiyyətimiz heç vaxt sınmayacaq», deyə  Əl-Husi əlavə edib.
 
O, vurğulayıb ki, krallıq və onun müttəfiqləri Yəməni işğal etmək üçün siyasi problemlər yaradır.
 
Qeyd edək ki, Səud koalisiyasının komandanı Əbdül Salam Əl Şeyxi bəyan etmişdi ki, Qırmızı dənizin sahilində yerləşən  Hodeyda  aeroportunda nəzarəti ələ keçiriblər. Bu iddialar "Ənsarullah" hərəkatı tərəfindən təkzib edilib və bildirilib ki, düşmən tərəfin təqdim etdiyi görüntülər 2016-cı ilə aiddir.
 
«Yəmənin Qırmızı dəniz sahilləri ölkəyə soxulmaq istəyənlər üçün qəbirstanlığa çeviriləcək», - deyə Ənsarullah lideri xəbərdarlıq edib. 
 
Hodeyda aeroportu  şəhər limanının 8 kilometrliyindədir və Yəməndə milyonlarla insanın həyatını təmin edən idxalın 1/3-i burdan keçir.
 
Ölkədə humanitar böhranın daha da ağırlaşacağı barədə xəbərdarlıqlara baxmayaraq, iyunun 13-dən Səudiyyə Ərəbistanı, BƏƏ və ona müttəfiq qüvvələr, o cümlədən Yəmənin fərari prezidenti Mənsur Hadinin tərəfdarları Hodeydaya hücum həyata keçirirlər.  Lakin xalq könüllüləri və müttəfiqləri aqressorlara ağır zərbələr endirib.
 
BMT bəyan edib ki, liman şəhərində bu təcavüz nəticəsində 5200 ailənin öz evlərindən çıxmasına səbəb olub.
 
Ümumdünya Səhiyyə Təşkilatı da vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirib. Təşkilatın nümayəndəsinin sözlərinə görə, agentlik bu aeroport vasitəsilə ölkəyə vəba əleyhinə dərmanlar, həmçinin digər tibbi ləvazimatlar idxal edir.

Google+ WhatsApp ok.ru