Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı: ölü sayı 257-yə çatdı - YENİLƏNİB2 / VİDEO

Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı: ölü sayı 257-yə çatdı - YENİLƏNİB2 / VİDEO

-- Əlcəzair Müdafiə Nazirliyi ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
 
Maide.Az "APA"-a istinadən xəbər verir ki, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.
 
Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.
 
12:40
 
Əlcəzairdə İL-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.
 
Maide.Az "Publika.az"-a isitnadən xəbər verir ki, 200-dən çox insan həyatını itirib. 
 
Hadisə Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında baş verib. Təyyarə ölkə paytaxtı Əlcəzairdən 50 kilometr cənubda yerləşən hərbi bazanın aerodromundan uçuşdan tezliklə sonra düşüb.
 
“Al-Xadas” telekanalının xəbərinə görə, təyyarə yerə düşəndən dərhal sonra yanıb.
 
 
***
 
Əlcəzairin şimalında yerləşən Bufarik hava limanında təyyarə qəzası baş verib.
 
 Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində onlarla insan həlak olub.
 

Google+ WhatsApp ok.ru