Əli Mütəhhəri: `Neft ixracatına imkan verilməsə, İran Hörmüz boğazını bağlayacaq`

Əli Mütəhhəri: `Neft ixracatına imkan verilməsə, İran Hörmüz boğazını bağlayacaq`

"Ölkəmizin neft ixracatına imkan verilməsə, İran Hörmüz boğazını bağlayacaq". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin spikerinin müavini Əli Mütəhhəri qanunverici orqanın saytına müsahibəsində deyib.
 
Ə.Mütəhhəri deyib ki, ABŞ İranın neft ixracatına mane olacağı təqdirdə ölkəsi Hörmüz boğazını bağlayacaq.
 
"ABŞ Fars Körfəzində yeni müharibə üçün hazırlıqsızdır. Bu səbəbdən ABŞ prezidentinin sözləri yaxşı hədə idi. Bu, İran neft ixracatının qarşısını almaq üçün əngəlləyici faktor olacaq. Hörmüz boğazının bağlanması məsələsi İran prezidenti Həsən Ruhaninin ötən həftə İsveçrədə səfəri zamanı ABŞ-ın İranın neft ixaracatına qarşı hədələrinə verdiyi cavabdan sonra gündəmə gəlib. ABŞ iddia edir ki, İranın neft ixracatının qarşısını tamamilə alacaq. Onlar bunun mənasını başa düşmürlər. Çünki İrandan ixracın olmaması regiondan neft ixracının olmaması deməkdir. Əgər siz bacarsanız, bunu edin, nəticəsini də görəcəksiz. İran prezidenti açıq şəkildə Hörmüz boğazının bağlanmasını qeyd etməyib. Lakin bəzi ekspertlər hesab edir ki, onun fikirləri strateji Hörmüz boğazının bağlanacağı mənasında başa düşülməlidir".
 
Qeyd edək ki, Hörmüz boğazı İran və Oman sahilində yerləşir. Boğaz Fars Körfəzi ilə Oman Körfəzini və Ərəb dənizini bir-birinə birləşdirir. Dünya neftinin 30 faizi bu boğaz vasitəsilə daşınır. Buna görə də Hörmüz strateji boğaz adlandırılır.
 

Google+ WhatsApp ok.ru