Əli İnsanovun adı əfv siyahısına salındı

Əli İnsanovun adı əfv siyahısına salındı

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq.
 
Qeyd edək ki, ölkə prezidentinin Pentensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur.
 
Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu cəbhə.info-ya açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:
 
“Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı da əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”. (deyerler) /

Google+ WhatsApp ok.ru