Əlillərə verilən maşınlar satıla və bağışlana bilməz - Qayda

Əlillərə verilən maşınlar satıla və bağışlana bilməz - Qayda

-- Hüquqşünas nə deyir?

Son günlər 20 Yanvar və Qarabağ əlilləri onları verilən avtomobillərin satılmasına məhdudiyyət qoyulması ilə bağlı Avtosfer.az saytına müraciət edirlər. Bildirirlər ki, avtomobili satmaq istədikdə Dövlət Yol Polisi İdarəsindən bu maşınların satışına qadağa qoyulduğunu bildirirlər. Qadağanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qoyulub.
 
Avtosfer.az bununla nazirliyə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat” var. Həmin Təlimatın 4-cü maddəsində bununla bağlı məsələ əksini tapıb. Maddədə qeyd olunur ki, əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları satmaq və bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan ailə üzvünə verilir. Odur ki, əlillər bu avtomobilləri sata və bağışlaya bilməzlər.
 
Hüquqşünas Ərşad Hüseynov isə Avtosfer.az-a bildirib ki, qanunda həqiqətən də əlillərə verilən avtomobillərin satışı və bağışlanması qadağandır. Lakin kimsə bunu zərurətdən edirsə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə fərdi qaydada müraciət edib əsaslandıra bilərsə o zaman rəsmi icazə verilə bilər: “Məsələn, daha konfortlu, daha rahat maşın almaq istəyini göstərmək olar. Əks halda bu maşınları yalnız etibarnamə ilə satmaq mümkündür”.
 

Google+ WhatsApp ok.ru