Əməkhaqqı 6.2 faiz artıb-DSK

Əməkhaqqı 6.2 faiz artıb-DSK

-- ölkədə inflyasiya 14 faizə yaxın olub...

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 525 manat olub.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.
 
DSK bildirir ki, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 6.2 faiz çoxdur.
 
2017-ci il dekabrın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521.2 min nəfər təşkil edib. Onlardan 881.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
DSK-nın 10 ayın göstəricisinə görə məlumatında isə bildirilirdi ki, ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq məhsullarının qiyməti 17 faizdən çox bahalaşıb.
 
Bu ildən pensiyalar inflyasiyaya görə yox, əməkhaqqı artımından asılı olaraq artırılacaq.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru