Ən təhlükəli BAKTERİYALAR siyahısı

Ən təhlükəli BAKTERİYALAR siyahısı

Ekspertlərin fikrinə görə, hal hazırda dünya çox ciddi təhlükə ilə qarşı-qarşıyadır. Bəzi təhlükəli bakteriyalar bir çox antibiotiklərə qarşı davamlılıq əldə edib.
 
Bu o deməkdir ki, artıq bəzi yayılmış antibiotiklər bu bakteriyalara təsir etmir və bu da gələcəkdə insanların bakterial infeksiyalardan kütləvi şəkildə həlak olmasına səbəb ola bilər.
 
Maide.Az saglamolun.az-a istinadən məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ən təhlükəli bakteriyaların siyahısını tərtib edib. Siyahıya 12 patogen daxil olub. Bütün bu patogenlər antibiotiklərə davamlıdır.
 
Bakteriyalar 3 qrupa bölünüb: kritik təhlükəli, çox təhlükəli, orta təhlükəli.
- 1-ci qrupa Bauman akinetobakteriyası, göy irin çöpü, enterobakteriyalar
- 2-ci qrupa enterokokk fesium, qızılı stafilokokk, helikobakter pilori, kampilobakter, salmonella, qonokokk
- 3-cü qrupa pnevmokokk, hemofil çöpü və şiqella daxildir.
1-ci qrupa aid olan bakteriyalara nadir hallarda rast gəlinir. Bu olduqca təhlükəli bakteriyalardır ki, onlara yoluxma tez-tez ölümə səbəb olur.
2-ci qrup patoloji agentlər çox yayılmış bakteriyaldır və bu da alimlərdə xüsusi narahatçılıq doğurur.
3-cü qrup bakteriyalar sürətlə daha çox antibiotiklərə qarşı davamlılıq əldə edir.

Google+ WhatsApp ok.ru