Ənsarullah Hudeyda hava limanının işğalını təkzib etdi

Ənsarullah Hudeyda hava limanının işğalını təkzib etdi

-- Amerika Əl-Hudeyda hücumuna yaşıl işıq yandırdı, amma...

Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Twitter-dən verdiyi açıqlamasında, Yəmənin sahil təhlükəsizlik qüvvələrinin Hudeyda limanında əcnəbilərə aid bir döyüş katerini ələ keçirdiyini yazıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi ABŞ və ya Fransaya aid bir gəminin ələ keçirildiyini və ən mühümünün isə, bu gəminin xarici qüvvələrə məxsus olduğunu yazıb.
 
Fransanın “La Fiqaro” qəzeti də hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərində, Fransa xüsusi təyinatlı qüvvələrinin Səudiyyə rejimi və BƏƏ qüvvələri ilə birlikdə Yəməndə olduğunu açıqlamışdı. Xəbərdə Fransanın ABŞ və Böyük Britaniyanın yanında Yəmənə hücum edən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrini silahla təchiz etdiyi bildirilib.
 
Digər tərəfdən, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs Salam Əl-Məyadin televiziyasına verdiyi müsahibəsində, müdaxiləçi Səudiyyə rejiminin koalisiyasının Hudeydaya qarşı irəliləmə cəhdinin 3-cü dəfə uğursuz olması səbəbindən psixoloji müharibəyə əl atdığını bildirib.
 
Ənsarullahın sözçüsü daha sonra, Səudiyyə rejiminin koalisiya qüvvələrinin Əl-Dərihmi bölgəsində mühasirəyə alındığını qeyd edib: “İşğalçılar Hudeyda hava limanına girə bilmədilər. Əl-Hudeydada işğalçılara qarşı fasiləsiz döyüş müharibəsi olacaq və işğalçı Səudiyyə rejiminin koalisiyası buna tab gətirə bilməyəcək. Koalisiya Hudeydadakı döyüşü öz xeyrinə çevirməyə nail ola bilmədi. BMT-nin nümayəndəsi böhranın həlli üçün vasitəçi olmalıdır və həll təklifi təqdim etməlidir və yalnız sağa sola məktub yazmaqla kifayətlənməməlidir. BMT-nin nümayəndəsi Hudeydadan başlayan bir siyasi həll yolu təklif edəcək”.
 
Əbdüs-salam açıqlamalarının davamında bunları qeyd edib: “Yəməndə bircə nəfər belə iranlı əsgər döyüşmür, lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Sudan ordusu hazırda Yəmənlə döyüşür”.
 
Ənsarullahın sözçüsü daha sonra, bu ölkəyə qarşı aparılan müharibənin hədəfinin Yəmənin xarici qüvvələr tərəfindən işğal edilməsini təmin etmək olduğunu bildirərək, bunları qeyd edib: “Əl-Hudeydaya və digər regionlara qarşı davam edən müdaxilənin siyasi həll yolunu bağladığına inanıram”.
 
Ənsarullah hərəkatının liderlərindən İbrahim Əl-Əbadi isə Əl-Aləm televiziyasına verdiyi müsahibəsində, Səudiyyə rejimi və BƏƏ mediasında işğalçı koalisiya qüvvələrinin Hudeyda Hava Limanını ələ keçirdiyinə dair gedən xəbərləri təkzib edib.
 
Əl-Əbadi Əl-Hudeyda müharibəsinin bir zəiflətmə müharibəsi olduğunu bildirərək, bu müharibənin uzun müddət davam edəcəyini qeyd edib: “Əl-Hudeyda müharibəsi Amerika və Böyük Britaniyanın Yəmən ilə döyüşüdür və işğalçı koalisiya üzvü olan ölkələrin təkbaşına belə bir müharibəni idarə etməsi mümkün deyil.
 
Amerika Əl-Hudeyda hücumuna yaşıl işıq yandırdı, amma belə bir icazəni vermədiklərini iddia edirlər.
 
Əl-Hudeyda şəhərinə və sahillərinə hücum etmək Amerikanın qərarıdır və onlar qərb sahillərində müharibəni alovlandırdılar və biz yalnız özümüzü müdafiə edirik. Yəmən dəniz qüvvələrinin əlindəki bütün raketlər Yəmən torpaqlarında əcnəbi əsgərlərə mane olmaq üçün istifadə edilən müdafiə raketləridir.
 
Məsələ çox aydındır. İşğalçılar müharibə etmək və Yəmənə hücum etmək üçün media yolu ilə bəhanə axtarırlar və bizim bu işğalçı düşmən və bütün işğalçılarla var gücümüz və imkanlarımızla döyüşməkdən başqa çarəmiz yoxdur”.
 
Yəmənin Ənsarullah hərəkatının siyasi büro üzvü Seyfullah Əş-Şami də İsrail rejiminin döyüş təyyarələrinin Yəmənin qərb sahilini bombaladığını bildirib: “İşğalçı qüvvələrin döyüş meydanında qalmağı davam etdirəcək gücü qalmamışdır və Yəmən ordusu və xalq komitələri Əl-Faz, Əl-Cah və Əl-Dərihmi ətrafında işğalçıların ərzaq tədarük yollarını bağlayıb. İşğalçı qüvvələr daim itki verir və Hudeyda hava limanından 4 kilometr geri çəkildilər. Yəmən ordusu və xalq komitələri Yəmənin qərb sahillərində işğalçılara qarşı məhv etmə müharibəsinə başladı”.
 

Google+ WhatsApp ok.ru