Ənsərullah: BMT ilə heç bir anlaşma əldə olunmadı

Ənsərullah: BMT ilə heç bir anlaşma əldə olunmadı

-- Koalisiya ictimai rəyi yayındırmaq istəyir

Yəmən Ənsarullah sözçüsü Məhəmməd Əbdüssəlam BƏƏ-nin  Hodeydada hava hücumlarının dayandırılması və  müvəqqəti atəş kəs elan edilməsi ilə bağlı  yayımladığı  məlumatı təkzib edib və hücumların  əvvəlki kimi davam etdiyini açıqlayıb. 
 
Maide.Az  “MEHR” agentliyinə istinadən xəbər verir ki, BƏƏ ötən gün yayımladığı açıqlamada bildirmişdi ki,  BM-nin  Hodeydada daha aktiv çalışa bilməsi və davamlı barışın  əldə olunması məqsədilə  hücumlar dayandırılıb və  müvəqqəti atəşkəs  qərarı qəbul edildiyini  elan edib. 
 
Ənsarullah sözçüsü M. Əbdüssəlam  bildirib ki, BƏƏ və koalisiya bu yolla ictimai rəyi yayındırıb, onlara dəyən ardıcıl zərbələrin azaldımasına cəhd edirlər. “BMT-nin Yəmən nümayəndəsi ilə Hodeyda mövzusunda hər hansı bir anlaşma əldə etməmişik” 
 
Qeyd edək ki, bəzi xəbər qaynaqları  Ənsarullah və BMT nümayəndəsi arasında  Hodeydada ilə bağlı razılıq əldə olunduğuna dair xəbər yayımlamışdı. 
 

Google+ WhatsApp ok.ru